Ədliyyə naziri Şəkidə vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Şəkidə vətəndaşları qəbul edəcək Qəbulda ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq
Sosial müdafiə
20 Oktyabr , 2015 17:02
Ədliyyə naziri Şəkidə vətəndaşları qəbul edəcək

Bakı. 20 oktyabr. REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən oktyabrın 23-də Şəki şəhərində vətəndaşların qəbulu keçiriləcək. Bu barədə “Report”a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qəbulda Şəki, Oğuz və Qax rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Qəbul saat 11:00-da Şəki regional ədliyyə şöbəsində (ünvan: Şəki şəhəri, 20 yanvar küçəsi, bina 94) keçiriləcək.

Vətəndaşlar qəbula Şəki regional ədliyyə şöbəsi (əlaqə telefonu: (02424) 4-32-18), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Son xəbərlər

Orphus sistemi