Baş Prokurorluğun idarə rəisinin müavini: “Bu il 68 insan alveri faktı üzrə 13 cinayət işinin istintaqı aparılıb”

Baş Prokurorluğun idarə rəisinin müavini: “Bu il 68 insan alveri faktı üzrə 13 cinayət işinin istintaqı aparılıb” 29 nəfər məsuliyyətə cəlb olunub
Sosial müdafiə
18 May , 2016 15:37
Baş Prokurorluğun idarə rəisinin müavini: “Bu il 68 insan alveri faktı üzrə 13 cinayət işinin istintaqı aparılıb”

Bakı. 18 may. REPORT.AZ/ "Bu ilin birinci rübündə Baş Prokurorluqda 68 insan alveri faktı üzrə 13, 15 fahişəliyə cəlb olunma faktı üzrə 14 cinayət işinin istintaqı aparılıb".

"Report" xəbər verir ki, bunu Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Nurəli Məmmədov bildirib.

O deyib ki, 2015-ci il ərzində 109 insan alveri faktı üzrə 23, 8 məcburi əmək faktı üzrə 7, 62 fahişəliyə cəlb olunma faktı üzrə 56 cinayət işinin istintaqı aparılıb: "Ümumilikdə 2015-ci ildə 313 fakt üzrə 191, 2016-ci ilin birinci rübündə isə 125 fakt üzrə 62 cinayət işinin istintaqı aparılıb və yekunlaşıb".

N.Məmmədov qeyd edib ki, bu cinayətləri törədənlərdən 2015-ci il ərzində 171 nəfər, 2016-cı ilin ilk rübündə isə ümumilikdə 29 nəfər məsuliyyətə cəlb olunub.

Rəis müavininin sözlərinə görə, istintaq zamanı qarşıya çıxan problemlərdən biri də tərəfin milli mentalitet, yaxud digər səbəblərə görə şikayətdən imtina etməsidir.

Son xəbərlər

Orphus sistemi