​Azərbaycan Qırğızıstana 20 yük maşını humanitar yardım göndərib

​Azərbaycan Qırğızıstana 20 yük maşını humanitar yardım göndərib Maşın karvan artıq Qırğızıstan ərazisindədir
Sosial müdafiə
25 Dekabr , 2015 08:48
​Azərbaycan Qırğızıstana 20 yük maşını humanitar yardım göndərib

Bakı. 25 dekabr. REPORT.AZ/ Azərbaycanın zəlzələdən zərər çəkənlər üçün göndərdiyi humanitar yardım karvanı artıq Qırğızıstana çatıb.

"Report" "AKİpress"ə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Humanitar yükün tərkibinə ümumi dəyəri 1 milyon manat olan ərzaq, tikinti məhsulları və yanacaq-sürtkü materiallarını daşıyan 20 yük maşını daxildir. İki maşın yaranan texniki problem səbəbdən hazırda Qazaxıstan ərazisindədir.

20 və 21 noyabr tarixlərində Qırğızıstanda 5,1 bal gücündə silsilə yeraltı təkanlar baş verib. Seysmoloqlar ümumilikdə 7 təkan qeydə alıblar. Nəticədə 4 min evə ziyan dəyib. 200-dən çox ev qəzalı vəziyyətə düşüb. 50-dən çox məktəb, xəstəxana və digər sosial obyekt binası dağılıb.

Son xəbərlər

Orphus sistemi