Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb Əhalinin sayı 70,1 min nəfər və ya 0,7 faiz artıb
Sosial müdafiə
17 Oktyabr , 2016 17:22
Azərbaycan əhalisinin sayı açıqlanıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb.

Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 70,1 min nəfər və ya 0,7 faiz artaraq bu ilin sentyabr ayının 1-i vəziyyətinə 9775,7 min nəfərə çatıb.

Əhalinin sıxlığı bir kvadrat kilometrə 113 nəfər olub.

Ölkə əhalisinin ümumi sayından 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi qadınların payına və hər 1000 kişiyə isə hazırda 1007 qadın düşür.

Son xəbərlər

Orphus sistemi