Azərbaycan əhalisinin sayı 9,636 mln. nəfəri ötüb

Azərbaycan əhalisinin sayı 9,636 mln. nəfəri ötüb Əhalinin sayı ilin əvvəlindən 43,3 min nəfər artıb
Sosial müdafiə
9 İyul , 2015 10:29
Azərbaycan əhalisinin sayı 9,636 mln. nəfəri ötüb

Bakı. 9 iyul. REPORT.AZ/ Azərbaycan əhalisinin sayı bu ilin əvvəlindən 43,3 min nəfər və ya 0,5% artaraq iyun ayının 1-i vəziyyətinə 9 636,3 min nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, əhalinin sıxlığı 1 kv. km-ə 111 nəfərdir. 

Əhalinin ümumi sayının 53,1%-ni şəhər, 46,9%-ni isə kənd sakinləri təşkil edir, 49,8%-i kişilərdən, 50,2%-i qadınlardan ibarətdir. Əhalinin 22,4%-i 0-14 yaşda, 71,6%-i 15-64 yaşda, 6,0%-i isə 65 və yuxarı yaşda olanlardır. 

Hazırda Azərbaycanda hər 1 000 nəfər kişiyə 1 009 nəfər qadın düşür.

Son xəbərlər

Orphus sistemi