Aytən Mustafayeva: "Azərbaycanda insan hüquqları zaman və cəmiyyətin tələblərinə uyğun inkişaf edir"

Aytən Mustafayeva: "Azərbaycanda insan hüquqları zaman və cəmiyyətin tələblərinə uyğun inkişaf edir" "Xarici nümunələri kor-koranə təqlid etmək lazım deyil"
Sosial müdafiə
10 Dekabr , 2014 11:26
Aytən Mustafayeva: Azərbaycanda insan hüquqları zaman və cəmiyyətin tələblərinə uyğun inkişaf edir

Bakı. 10 dekabr. REPORT.AZ/ "Azərbaycanda insan hüquqları zaman və cəmiyyətin tələblərinə uyğun inkişaf edir".

Bu barədə "Report"a öz müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları üzrə İnstitutun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva bildirib. 

O qeyd edib ki, Azərbaycanda insan hüquqları müstəqillik əldə olunduqdan sonra inkişaf edir. 

"Məhz buna görə ümummilli lider Heydər Əliyev  Avropa Şurasına daxil olma ərəfəsində İnsan Hüquqları üzrə İnstitutun yaradılması haqqında təklifi dəstəkləyib. Həmin institut qanunverici ekspertizanın keçirilməsi və insan hüquqları sahəsində qanunvericiliyin beynəlxalq hüquqla uyğunlaşdırılması məqsədilə yaradılıb", - A.Mustafayeva qeyd edib. 

O, xüsusilə vurğulayıb ki, son illər Azərbaycan fəal şəkildə penitensiar, məhkəmə və digər dövlət strukturlarında islahatlar aparır, çoxsaylı qanunlar qəbul edilib, ölkə bir sıra beynəlxalq hüquqi aktlara qoşulub. 

"Azərbaycanın fərqləndirici cəhəti odur ki, ölkədə sadəcə həyatın bir hissəsi olan və norma hesab edilən hüquqlar mövcuddur. Azərbaycanda qanunvericiliklə əks olunub ki, böyüməkdə olan nəsil yaşlı nəsilə qulluq edir və qayğısına qalır. Bu qanunun olması ilə bağlı deyil, sadəcə bizim adət-ənənələrimiz, mentalitetimiz qanunvericiliyimizdə əks olunub. Bu xarici nümunələri kor-koranə təqlid etməyin lazım  olmadığını göstərir", - A.Mustafayeva qeyd edib. 

O əlavə edib ki, son illər Azərbaycanda sosial hüquqların inkişafına böyük diqqət ayrılıb. 

"Bu həm sosial məsələlər sahəsində insan hüquqları, məsələn, əlillərin hüquqları, vətəndaşların sosial hüquqları, sosial sığortadır. Biz artıq icbari tibbi sığorta məsələsinin həllinə yaxınlaşırıq. Artıq qanunun olmasına baxmayaraq, o hələ zəif işləyir. Biz pasiyentlərin hüquqlarının yaxşılaşdırılması, istehlakçıların hüquqlarının inkişafı və ekologiya məsələləri üzərində işləyirik", - institutun direktoru bildirib. 

Onun sözlərinə görə, respublikada hüquqlar müasir axında inkişaf edir və "həyat inkişaf etdikcə ölkə qanunvericiliyinə daxil edilməsi vacib olan yeni məsələlər, yeni problemlər yaranır".

Qeyd edək ki, BMT-nin təklifi ilə 1950-ci ildən dekabrın 10-u dünyada insan hüquqlarının müdafiəsi günü kimi qeyd olunur. 

Son xəbərlər

Orphus sistemi