Səhiyyə Nazirliyində dərmanların qiymətlərinin ucuzlaşdırılmasına həsr olunan geniş iclas keçirilib

Səhiyyə Nazirliyində dərmanların qiymətlərinin ucuzlaşdırılmasına həsr olunan geniş iclas keçirilib Oqtay Şirəliyev: "Bu ilin payızına kimi dərmanların qiyməti sahəsində olan problemlərin qarşısı alınacaq"
Sağlamlıq
14 İyul , 2015 17:01
Səhiyyə Nazirliyində dərmanların qiymətlərinin ucuzlaşdırılmasına həsr olunan geniş iclas keçirilib

Bakı. 14 iyul. REPORT.AZ/ Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının verdiyi tapşırıqların icrası ilə bağlı Səhiyyə Nazirliyində geniş toplantı keçirilib. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Nazirliyin struktur bölmələrinin, səhiyyə və tibb müəssisələrinin rəhbərlərinin iştirakı ilə keçirilən iclasda səhiyyə naziri Oqtay Şirəliyev ölkənin sosial-iqtisadi inkişafının yekunlarına toxunub. Nazir Azərbaycanda müsbət iqtisadi dinamikanın müşahidə olunduğunu, son 6 ayın göstəricilərinə nəzər salarkən bir çox nailiyyətlərin əldə edildiyini diqqətə çatdırıb.

O.Şirəliyev bildirib ki, bir neçə aydır İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə dərman sahəsində araşdırmalar aparılır. 

Öz çıxışında ölkə başçısına istinad edərək, səhiyyə naziri Azərbaycanda bazar iqtisadiyyatının hökm sürdüyünü və dərmanların qiymətinə nəzarətin bazar tərəfindən tənzimləndiyi bildirib. Nəticədə isə bazar iqtisadiyyatı adı altında dərmanların üzərinə yüksək qiymətlərin qoyulması əhalinin haqlı narazılığına səbəb oldu. Bu səbəbdən yeni maliyyə mexanizmi yaradılıb və bu ilin payızına kimi dərmanların qiyməti sahəsində olan problemlərin qarşısının alınması üçün bu layihənin tətbiqi nəzərdə tutulub. O.Şirəliyev layihənin tətbiqindən sonra vətəndaşların dərmanları daha rahat şəkildə ala biləcəklərinə əminliyini qeyd edib.

Nazir əhaliyə dövlətin təqdim etdiyi dərmanların təminatında, onların keyfiyyətinin yoxlanılmasında, əvvəllər mövcud olan problemlərin aradan qaldırılması istiqamətində bəzi işlərin görüldüyünü xatırladıb. 

Həmçinin, Səhiyyə Nazirliyinin tərkibində dərman vasitələrinə nəzarət strukturu, Analitik Ekspertiza Mərkəzinin yaradıldığını, vahid resept blankına keçidi, dərmanların mərkəzləşdirilmiş qaydada müəssisələrə paylanması layihələrinin tətbiqini misal çəkib: "Lakin müəyyən hallarda mərkəzləşdirilmiş qaydada səhiyyə müəssisələrinə əhalinin yararlanması üçün təqdim olunan dərman vasitələri ünvanına çatmır. Bəzi apteklərin fəaliyyətində ciddi nöqsanlar aşkarlanır. Müəyyən hallarda həkimlər xəstələrə təqdim etdikləri reseptlərə əsassız olaraq əlavə dərman preparatları daxil edirlər. Bu isə əhalinin haqlı narazılığına səbəb olur. Bütün bunlar yolverilməzdir və qarşısı mütləq alınmalıdır". 

Nazirin sözlərinə görə, dərman sahəsində mövcud problemləri aradan qaldırmaq məqsədilə Səhiyyə Nazirliyi tədbirlər kompleksi hazırlayıb. 

İclasın sonunda nazir səhiyyə müəssisələrinə belə nöqsanların aradan qaldırılması üçün bütün zəruri addımların atılması tapşırığını verib.

Son xəbərlər

Orphus sistemi