Ötən il Azərbaycanda qaraciyər və böyrək köçürülən uşaqların sayı açıqlanıb

Ötən il Azərbaycanda qaraciyər və böyrək köçürülən uşaqların sayı açıqlanıb İndiyədək Azərbaycanda 732 nəfərə böyrək köçürülüb
Sağlamlıq
13 Yanvar , 2016 16:23
Ötən il Azərbaycanda qaraciyər və böyrək köçürülən uşaqların sayı açıqlanıb

Bakı. 13 yanvar. REPORT.AZ/ "Ötən il Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası şöbəsində canlı donorlardan 16 qaraciyər, 81 böyrək köçürülüb". Bunu "Report"a açıqlamasında xəstəxananın cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi bildirib.

Şöbə müdirinin sözlərinə görə, qaraciyər köçürülən xəstələrdən biri Gürcüstan vətəndaşıdır: "Qaraciyər köçürülən xəstələr arasında kişilər üstünlük təşkil edir. Böyrək çaışmazlığından əziyyət çəkənlər arasında isə nisbət eynidir".

O əlavə edib ki, ötən il Azərbaycanda 2 uşağa qaraciyər, 9-na isə böyrək köçürülüb.

Qeyd edək ki, indiyədək Azərbaycanda 732 nəfərə böyrək köçürülüb. 

Son xəbərlər

Orphus sistemi