Dünyada 27 milyon insan narkotik aludəçisidir

Dünyada 27 milyon insan narkotik aludəçisidir Hər il təxminən 200 min insan həddindən artıq dozadan istifadə və bu qəbildən olan digər səbəblərdən həyatını itirir
Sağlamlıq
19 Mart , 2016 10:48
Dünyada 27 milyon insan narkotik aludəçisidir
Courtesy İmage

Bakı. 19 mart. REPORT.AZ/ Dünyada 27 milyon insan narkotik aludəçisidir. "Report"un xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu BMT-nin Narkotika və cinayətkarlığa qarşı mübarizə komitəsinin (UNODC) rəhbəri Yuri Fedotov Avstriyanın paytaxtı Vyanada keçirilən Narkotik maddələr üzrə Komissiyanın 59-cu toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, narkomaniya qlobal problem olmaqla yanaşı, insanlara, cəmiyyətə və ölkələrə mənfi təsir göstərir: "Bu da lazımsız ağrılara səbəb olaraq bir 12 milyonu isə narkotik maddəni inyeksiya yolu ilə qəbul edir".

BMT rəsmisi qeyd edib ki, hər il təxminən 200 min insan həddindən artıq dozadan istifadə və bu qəbildən olan digər səbəbdən həyatını itirir: "Narkotikdən istifadə edən insanların 13 faizi isə İİV virusuna yoluxur". 

Son xəbərlər

Orphus sistemi