Bakı çimərliklərində monitorinqlər sentyabrın 15-dək davam etdiriləcək

Bakı çimərliklərində monitorinqlər sentyabrın 15-dək davam etdiriləcək "Qadağan olunmuş ərazilərdə çimənlər ətrafdakıları da xəstələndirə bilərlər"
Sağlamlıq
4 Sentyabr , 2015 14:35
Bakı çimərliklərində monitorinqlər sentyabrın 15-dək davam etdiriləcək

Bakı. 4 sentyabr. REPORT.AZ/ Bakıda çimərliklərin monitorinqi sentyabrın 15-dək davam etdiriləcək. Bu barədə "Report"a Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyyədin Kazımov məlumat verib.

O bildirib ki, Qaradağ və Səbail rayonları ərazisindəki çimərliklərdə çimmək məqsədəuyğun deyil: "Amma yenə də həmin çimərliklərə gedənlər var. Yerdə qalan çimərliklərdə su normalara cavab verir. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə monitorinqləri davam etdiririk.Qadağan olunmuş çimərliklərdən istifadə edənlər öncə qadağan qərarını düşünməlidirlər. İkincisi isə düşünməlidirlər ki, çimərlikdə tez xarab olan ərzaq məhsulu qəbul etməməliyəm. Evdə hazırlanan yeməklərə, bostançılıq məhsullarına diqqət edilməlidir. Çimərliklərdə qidalanma mədəniyyətinə dəqiq əməl olunmalıdır. Deyək ki, biri qanunsuzluq etdi dənizdə çimdi və çıxdıqdan sonra xoşagəlməz vəziyyət yarandı. O zaman problemin ərzaqdan, yoxsa dəniz suyundan yarandığını bilmək olmayacaq. Qadağan olunmuş ərazilərdə çimənlər ətrafdakıları da xəstələndirə bilərlər".

Son xəbərlər

Orphus sistemi