Ötən il Azərbaycanda ölümə ən çox səbəb olan xəstəliklərin adları açıqlanıb

Ötən il Azərbaycanda ölümə ən çox səbəb olan xəstəliklərin adları açıqlanıb 2014-cü illə müqayisədə keçən il əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9-dan 5,7-yə qədər azalıb
Sağlamlıq
22 Fevral , 2016 16:32
Ötən il Azərbaycanda ölümə ən çox səbəb olan xəstəliklərin adları açıqlanıb

Bakı. 22 fevral. REPORT.AZ/ Ötən il Azərbaycanda ən çox hansı xəstəliklərin ölümə səbəb olduğu məlum olub. Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, keçən il ölkədə qeydə alınan 54,7 min ölüm halının 60,2 faizini qan dövranı sisteminin xəstəlikləri təşkil edib.

Bundan başqa, yenitörəmələr 13,3, həzm sisteminin xəstəlikləri 5,2, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələri 4,6, tənəffüs orqanlarının xəstəlikləri 3,2, infeksion və parazitar xəstəliklər 1, digər səbəblər isə 12,5 faiz ölümə səbəb olub.

Xatırladaq ki, 2014-cü illə müqayisədə keçən il əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9-dan 5,7-yə qədər azalıb.

Son xəbərlər

Orphus sistemi