Bakı. 18 sentyabr. REPORT.AZ/ "Sözsüz ki, dərman preparatlarının yeni qiymətlə satışa çıxarılması işi hələ təzə başlayıb və buna görə də problemlərdən qaçmaq mümkün deyil". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
Nazir müavini bildirib ki, hələlik dərman preparatlarının yeni qiymətlə satışında müəyyən qədər problemlər var: "Çünki satışda həm qiyməti düzgün göstərilməyən, həm də qeydiyyatdan keçməyən preparatlar var. Ona görə də mövcud problemlərin həlli zamanın işidir. Hesab edirəm ki, qısa zaman kəsiyində problemlər aradan qaldırılacaq".
O, həmçinin qeyd edib ki, Tarif Şurasının planına görə gələn ilin ortalarına qədər ölkədə qiyməti tənzimlənməyən dərman preparatı qalmayacaq.
Ölkə rəhbərinin tapşırığı ilə dərmanların qiymətlərinin tənzimlənməsi istiqamətində çox sürətli addımlar atıldığını xatırladan E. Ağayev bildirib ki, Nazirlər Kabinetinin qərarı ilə ölkədə qeydiyyatdan keçən dərman preparatlarının tənzimlənməsi və onlara nəzarət mexanizmləri hazırlanıb, qərar qəbul olunub, respublikanın Tarif şurası qiymətlərlə bağlı müvafiq təlimat hazırlayıb: "Artıq 25 təsiredici maddə üzrə 1057 dərman qiyməti tənzimlənir və 15 sentyabrdan qiymətlər qüvvəyə minib.