Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin (ATU) Cərrahiyyə Klinikasının direktoru, Azərbaycan Respublikası
Məlumatda bildirilib ki, klinikanın direktoru əməliyyatların çoxluğunu əsas gətirərək direktor vəzifəsindən çıxmaq istəyib və bu səbəbdən də ərizə yazıb: "Ərizə hələlik təsdiqlənməyib. Hazırda o, iş başındadır. Ərizəyə Səhiyyə Nazirliyində baxılacaq".
Xatırladaq ki, Hacıqulu Bağırov 2013-cü ildə - Klinikanın açılışından bəri klinikanın direktoru vəzifəsində çalışır.
Qeyd edək ki, Hacıqulu Bağırov Səməd oğlu 2004-2006-cı illərdə Dövlət xətti ilə Səudiyyə Ərəbistanında cərrah-mütəxəssis kimi işləyib. O, 2000-ci ildən Azərbaycanın əməkdar həkimidir, "Tərəqqi" medalı ilə təltif olunub.