Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə direktoru Hans Kluqe Azərbaycana təşəkkür edib.
“Report” xəbər verir ki, o, bu barədə “Anadolu”ya müsahibəsində deyib.
“Türk Dövlətləri Təşkilatlarına (TDT), xüsusilə Azərbaycan və Türkiyəyə pandemiyaya mübarizəyə dəstək üçün təşəkkür edirəm. Bəzi ölkələrin peyvəndləri, tibbi maskaları digərləri ilə paylaşmadıqlarını gördük. Amma Türkiyə və Azərbaycan belə etmədi. Məsələn, Türkiyə dünyada 162 ölkəyə dəstək verirdi. Yəni TDT üçün həmrəylik sadəcə söz deyil. Bu gün bütün ölkələr belə etməlidir”.