​Yerevana gedəcək ABŞ təmsilçisinin adı açıqlanıb

​Yerevana gedəcək ABŞ təmsilçisinin adı açıqlanıb O, "hüzn günündə" iştirak etmək üçün ABŞ nümayədə heyətinə rəhbəlik edəcək
Region
22 Aprel , 2015 10:59
​Yerevana gedəcək ABŞ təmsilçisinin adı açıqlanıb

Bakı. 22 aprel. REPORT.AZ/ Qondarma erməni "soyqırımı"nın 100 illiyi ilə bağlı aprelin 24-də Yerevanda keçiriləcək mərasimdə ABŞ-ı maliyyə naziri Ceykob Lyu təmsil edəcək.

"Report" Ağ evin rəsmi saytına istinadən xəbər verir ki, bu haqda Ağ ev administrasiyasının başçısı Dennis Makdonou və prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Ben Rods Amerikadakı Erməni Milli Komitəsi nümayəndələri ilə görüşdə bildiriblər.

Ağ ev rəsmilərinin sözlərinə görə, prezident Barak Obama Ceykob Lyudan aprelin 24-də Yerevanda keçirləcək "hüzn günündə" iştirak edəcək ABŞ nümayəndə heyətinə rəhbəlik etməsini istəyib. 

Son xəbərlər

Orphus sistemi