Türklər ​Türkiyənin ABŞ-dakı səfirliyinin binası qarşısında keşik çəkməyə başlayıblar

Türklər ​Türkiyənin ABŞ-dakı səfirliyinin binası qarşısında keşik çəkməyə başlayıblar Bu tədbirdə ştatlardakı Azərbaycan türkləri də iştirak edir
Region
19 Aprel , 2016 15:05
Türklər ​Türkiyənin ABŞ-dakı səfirliyinin binası qarşısında keşik çəkməyə başlayıblar

Bakı. 19 aprel. REPORT.AZ/ ABŞ-da yaşayan türklər Türkiyənin Vaşinqtondakı səfirliyinin binası qarşısında keşik çəkməyə başlayıblar.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, ABŞ-da yaşayan ermənilərin hər il olduğu kimi, bu il də aprelin 24-də qondarma "erməni soyqrımı"nın növbəti ildönümü ilə əlaqədar Türkiyə səfirliyinin binası qarşısında etraz aksiyası keçirəcəyi gözlənilir.

İnformasiyaya əsasən, ermənilərin Türkiyə diplomatik missiyasının binasına zərər verməsinin qarşısını almaq üçün ABŞ-dakı türklər səfirliyin qarşısında gecə-gündüz növbə çəkirlər.

ABŞ-da yaşayan türklər də aprelin 24-də Ağ Evin qarşısına toplaşaraq, ermənilərin əsassız iddialarına qarşı Türkiyənin Vaşinqtondakı səfirliyinin binasının qarşısınadək yürüş keçirəcəklər. Yürüşə ABŞ-ın bir çox yerlərindən minlərlə türkün qatılacağı gözlənilir.

Qeyd edək ki, bu tədbirdə ABŞ-da yaşayan Azərbaycan türkləri də iştirak edirlər.  

Son xəbərlər

Orphus sistemi