Türkiyənin müdafiə naziri: “Fırat kalkanı" əməliyyatının iki hədəfi var”

Türkiyənin müdafiə naziri: “Fırat kalkanı" əməliyyatının iki hədəfi var” “Biz Suriyanın ərazi bütövlüyünün qorunmasını qəti olaraq müdafiə edirik”
Region
25 Avqust , 2016 15:09
Türkiyənin müdafiə naziri: “Fırat kalkanı əməliyyatının iki hədəfi var”

Bakı. 25 avqust. REPORT.AZ/ "Fırat kalkanı" əməliyyatının iki hədəfi var: biri sərhədlərimizin təhlükəsizliyinin təmin edilməsi, o biri isə PYD və YPG-nin (terrorçu PKK-nın Suriyadakı qolları - "Report") həmin ərazidə olmaması".

"Report" xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Fikri İşık NTV telekanalına müsahibəsində "Əməliyyat nə qədər sürəcək" sualına cabvabında bildirib.

"Təəssüf ki, hazırda Suriyada bir hakimiyyət yoxdur. Türkiyə olaraq, biz Suriyanın ərazi bütövlüyünün qorunmasını qəti olaraq müdafiə edirik. Dünən Cerablus İŞİD-dən azad edildi, hazırda orada təmizləmə əməliyyatı keçirilir. Türkiyə Azad Suriya Ordusuna dəstək verir. Əməliyyatı bu ordu davam edir", - o əlavə edib.

Terrorçu PYD və YPG qruplaşmasının Fərat çayının şərq hissəsinə çəkilməsi məsələsinə münasibət bildirən nazir deyib: "Bir həftə əvvəl keçirdiyimiz müzakirələr zamanı ABŞ PYD və YPG-nin iki həftə ərzində Fəratın şərqinə çəkiləcəyinin bildirimişdi. Hazırda onlar tam olaraq çəkilməyiblər. Bunu həm gözləyir, həm də izləyirik".

Onun sözlərinə görə, "Fırat kalkanı" əməliyyatı nəticəsində Türkiyə Silahlı Qüvvələrinin Cerablusdakı heyətinin heç bir üzvü yaralanmayıb.

Son xəbərlər

Orphus sistemi