​Türkiyənin bir sıra iri şəhərlərinə qar yağıb

​Türkiyənin bir sıra iri şəhərlərinə qar yağıb Avtomobil yolları buz bağlayıb
Region
9 Aprel , 2015 13:32
​Türkiyənin bir sıra iri şəhərlərinə qar yağıb

Bakı. 9 aprel. REPORT.AZ/ Türkiyənin İstanbul, Kocaeli, Sakarya və Yalova şəhərlərinə qar yağıb.

"Report" CNNTürk-ə istinadən xəbər verir ki, bu haqda Meteoroloji Baş İdarəsi açıqlama yayıb.

İdarənin məlumatına görə, bu gündən yağmağa başlayan qar aprelin 10-u gecə saatlarınadək davam edəcək: "Qar güclü şimal-şərq fırtınası ilə müşayiət olunacaq".

Qurum fırtına və davamlı yağıntılarla bağlı əhalini diqqətli olmağa çağırıb.

Ötən gecə Türkiyənin başqa şəhərələrinə də güclü qar yağıb. Bəzi şəhərlərdə avtomobil yolları buz bağlayıb. 

Son xəbərlər

Orphus sistemi