Bakı. 1 noyabr. REPORT.AZ/ "Parlament seçkisinin nəticələrindən asılı olmayaraq, eyvan çıxışı edəcəyəm".
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğlu seçki məntəqəsində səsvermədən sonra jurnalistlərə açıqlamasında deyib.
"Eyvan çıxışının əsasını prezidentimiz (Rəcəb Tayyib Ərdoğan - "Report") baş nazir olanda qoyub və çox gözəl ənənədir. Mən də nəticədən asılı olmayaraq, eyvan çıxışımla nəticələri xalqımızla paylaşacam. Əslində, biz bunu iyunun 7-də etmişdik. İnşallah yenə edəcəyik", - deyə o, vurğulayıb.
Xatırladaq ki, seçkilərdən sonra AKP sədri eyvandan çıxış edərək, siyasi kampaniyanın nəticələri ilə bağlı açıqlamalar verir.