Bakı. 8 fevral. REPORT.AZ/ Türkiyədə güclü qar yağması səbəbindən 11 əyalətdə məktəblər bir günlüyə tətil edib.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, Ağrı, Bayburt və Qars əyalətlərinin bütün bölgələrində, Ordu, Muş, Sivas, Ərdahan, Tunceli, Gümüşxana, Hakkari və Ərzincanın bəzi rayonlarında məktəblər tətil edib.
Həmin məktəblərdə dərslər fevralın 9-da davam edəcək.