Türkiyədə polis bölməsinə hücum zamanı ölənlərin sayı beş nəfərə çatıb - FOTO - YENİLƏNİB 2

Türkiyədə polis bölməsinə hücum zamanı ölənlərin sayı beş nəfərə çatıb - FOTO - YENİLƏNİB 2 PKK terrorçuları iriçaplı pulemyotlar, minaatan və qumbaraatanlardan istifadə ediblər
Region
14 Yanvar , 2016 07:02
Türkiyədə polis bölməsinə hücum zamanı ölənlərin sayı beş nəfərə çatıb - FOTO - YENİLƏNİB 2

Bakı. 14 yanvar. REPORT.AZ/ Türkiyənin Diyarbakır vilayətində terrorçuların polis bölməsinə hücumu zamanı ölənlərin sayı beşə çatıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, Bakı vaxtı ilə 01.45-də baş verən hücum zamanı 36 nəfər yaralanıb. Yaralılardan vəziyyəti ağır olanlar var.

Terrorçular polis bölməsinin girişi qarşısında minalanmış avtomobil partladıblar. Daha sonra bina atəşə tutulub. 

*** 06.05

Bakı. 14 yanvar. REPORT.AZ/ Türkiyənin Diyarbakır vilayətində terrorçuların polis bölməsinə hücumu nəticəsində azı iki dinc sakin həlak olub.

"Report" "BBC"yə istinadən xəbər verir ki, hadisə yerinin yaxınlığında yaşayan qadın və uşaq ölüblər, 22 nəfər yaralanıb.

Terrorçular polis bölməsinin yaxınlığında minalanmış avtomobili partladıblar. Daha sonra bina iriçaplı pulemyotlar, minaatan və qumbaraatanlardan atəşə tutulub.

Hazırda terrorçuların tutulması məqsədi ilə bölgədə geniş miqyaslı əməliyyat keçirilir.

*** 04.20

Bakı. 14 yanvar. REPORT.AZ/ Türkiyənin cənub-şərqindəki Diyarbakır vilayətində terrorçular polis bölməsinə hücum ediblər.

"Report" "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə 01.45-də bölmə binasının qarşısında partlayıcı maddələrlə dolu avtomobili partladan PKK terrorçuları daha sonra iriçaplı pulemyotlar, minaatan və qumbaraatanlardan da istifadə etməklə hücuma keçiblər.

Nəticədə azı 22 nəfər yaralanıb. Onlardan üçü uşaqdır.

Hazırda Çinari rayonunda davam edən döyüş zamanı yaralanan polis bə hərbçilər Diyarbakır Dövlət Xəstəxanası gətirilir.  

Son xəbərlər

Orphus sistemi