Bakı. 10 avqust . REPORT.AZ/ Türkiyənin Şırnak bölgəsinin Silopi rayonunda məhəlləyə gedən zirehli polis maşını minaya düşərək partlayıb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, nəticədə 4 polis həlak olub.
Məlumata əsasən, polis maşınının keçdiyi yolda terrorçuların quraşdırdığı mina partlayıb.
Polislər həmin əraziyə terrorçu PKK-nın gənclər qolunun hərəkəti əngəlləmək üçün qazdığı xəndəyin doldurulması üçün gedirmiş.
Maşındakı yaralı polis məmurları isə müalicə olunmaq üçün Silopi dövlət xəstəxanasına aparılıb.
Hadisədən sonra terrorçuların tutulması istiqamətində asayiş keşikçiləri irimiqyaslı əməliyyata başlayıb. Xəbərə görə, məhəllədən atışma səsləri eşidilib.
Partlayışı terrorçu PKK-nın törətdiyi bildirilib.