Türkiyədə iki milyon vətəndaş iş axtarır

Türkiyədə iki milyon vətəndaş iş axtarır Keçən il 29 milyon 153 min nəfər işlə təmin olunub
Region
5 Fevral , 2015 13:45
Türkiyədə iki milyon vətəndaş iş axtarır

Bakı. 5 fevral. REPORT.AZ/ Türkiyədə iş axtaran vətəndaşların sayı ötən illə müqayisədə 5 dəfə çoxalaraq, 1 milyon 937 minə çatıb.

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu haqda Türkiyə Statistika Qurumunun yaydığı məlumatda bildirilib.

Məlumata görə, bu rəqəm rekord sayılır. İşsizlərin 1 milyon 358 mini məşğulluqla bağlı müvafiq idarədə qeydiyyata alınıb, 579 min nəfər isə işsiz olsalar da, adları həmin siyahıda yoxdur.

Statistika Qurumu onu da vurğulayıb ki, işsizlərin sayı rekord həddə çatdığı halda işlə təmin olunmada da rekord göstərici qeydə alınıb. 2013-cü ilin oktyabrında 27 milyon 216 min nəfər işlə təmin olunubsa, 2014-cü ilin müvafiq  dövründə bu rəqəm 29 milyon 153 minə çatıb.

Son xəbərlər

Orphus sistemi