Türkiyədə iki general istefaya gedib

Türkiyədə iki general istefaya gedib Bunlar general-leytenantlar İhsan Uyar və Kamil Başoğludur
Region
28 İyul , 2016 12:21
Türkiyədə iki general istefaya gedib

Bakı. 28 iyul. REPORT.AZ/ Türkiyədə iki general istefaya gedib.   

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, bunlar Quru Qoşunları Komandanlığının qərargah rəisi, general-leytenant İhsan Uyar və Quru Qoşunlarının Təlim və Doktrina Komandanlığının (EDOK) komandanı, general-leytenant Kamil Başoğludur. 

Qeyd edək ki, bu gün Çankaya köşkündə Türkiyənin baş naziri Binəli Yıldırımın rəhbərliyi altında Ali Hərbi Şuranın (YAŞ) toplantısı keçiriləcək. Onların hər ikisi də iclasda iştirak etməli idilər. 

Son xəbərlər

Orphus sistemi