​Türkiyədə hakim partiya parlament seçkiləri ilə bağlı keçirdiyi sorğunun nəticələrini açıqlayıb

​Türkiyədə hakim partiya parlament seçkiləri ilə bağlı keçirdiyi sorğunun nəticələrini açıqlayıb "Ədalət və İnkişaf Partiyası parlamentdə yerlərin 47-50%-ni tutacaq"
Region
28 Mart , 2015 12:00
​Türkiyədə hakim partiya parlament seçkiləri ilə bağlı keçirdiyi sorğunun nəticələrini açıqlayıb

Bakı. 28 mart. REPORT.AZ/ Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) apardığı rəy sorğusunun nəticələrinə əsasən, iyunun 7-də keçiriləcək parlament seçkilərində müxalifətdə olan Xalqların Demokrat Partiyası (HDP) səs barajını aşa bilməyəcək.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu hakim partiyanın sədrinin baş müşaviri Hüseyn Çelik deyib.

O deyib ki, partiyanın keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən, Ədalət və İnkişaf Partiyası parlamentdə yerlərin 47-50%-ni, Cümhuriyyət Xalq Partiyası (CXP) 23-25%-ni, Milliyyətçi Hərəkat Partiyası (MHP) isə 13-16%-ni tutacaq.

Son xəbərlər

Orphus sistemi