Türkiyədə fövqəladə vəziyyətlə bağlı qəbul edilən qərar parlamentə təqdim olunub

Türkiyədə fövqəladə vəziyyətlə bağlı qəbul edilən qərar parlamentə təqdim olunub Qərar bu gün TBMM-də müzakirəyə çıxarılacaq
Region
21 İyul , 2016 11:46
Türkiyədə fövqəladə vəziyyətlə bağlı qəbul edilən qərar parlamentə təqdim olunub

Bakı. 21 iyul. REPORT.AZ/ Türkiyədə Milli Təhlükəsizlik Şurası və Nazirlər Kabinetinin iclasında 3 aylıq fövqəladə vəziyyətin elan olunması ilə bağlı qəbul edilən qərar Böyük Millət Məclisinə (TBMM) təqdim olunub.

“Report”un Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, qərar bu gün TBMM-də müzakirəyə çıxarılacaq.

Xatırladaq ki, ölkədə fövqəladə vəziyyətin elan olunduğunu dövlət başçısı Rəcəb Tayyib Ərdoğan dünən bəyan edib. 

Qeyd edək ki, iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd olub.

Son xəbərlər

Orphus sistemi