Türkiyənin Kanada və Kosta-Rikadakı keçmiş səfirləri tutulub - YENİLƏNİB

Türkiyənin Kanada və Kosta-Rikadakı keçmiş səfirləri tutulub - YENİLƏNİB Tuncay Babalı və Alı Fındık FETÖ-ya üzv olmaqda şübhəli bilinirlər
Region
18 Avqust , 2016 17:24
Türkiyənin Kanada və Kosta-Rikadakı keçmiş səfirləri tutulub - YENİLƏNİB

Bakı. 18 avqust. REPORT.AZ/ Fətullahçı terror təşkilatına (FETÖ) üzv olmaqda şübhli bilinən Türkiyənin Kosta-Rikadakı keçmiş səfiri Alı Fındık da saxlanılıb. 

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, A.Fındık Ankarada məhkəməyə çıxarılacaq.

Məlumata görə, A.Fındık 2015-ci il dekabrın 11-dən Türkiyənin Xarici İşlər Nazirliyində fəaliyyət göstərirmiş. Nazirlikdə bir müddət işlədikdən sonra tutduğu vəzifədən azad edilib.

*** 14:50

Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində ilk dəfə bir səfir tutulub. 

"Report"un "Milliyet"ə istinadən verdiyi məlumata görə, Tuncay Babalı bu gün Ankara prokurorluğunun təlimatı əsasında paytaxt polisi tərəfindən saxlanılıb.   

Xəbərdə bildirilib ki, diplomat FETÖ-nun təlimatları çərçivəsində Türkiyə Xarici İşlər Nazirliyinə məmur işə götürülməsi və onların vəzifələrə təyin edilməsində təqsirləndirilir. 

Qeyd edək ki, T.Babalı dövlət çevrilişi cəhdindən sonra səfir Gürcan Balıkla birlikdə Türkiyə XİN-dəki vəzifələrindən uzaqlaşdırılmışdı. O, sabiq prezident Əhməd Necdət Sezərin xüsusi katibinin müavini işləyib. Eyni zamanda, T.Babalı Türkiyənin Kanadadakı səfiri olub. 

Son xəbərlər

Orphus sistemi