​Türkiyə Vatikandakı səfirini geri çağırıb

​Türkiyə Vatikandakı səfirini geri çağırıb Diplomatik nümayəndə ilə məsləhətləşmələr aparılacaq
Region
13 Aprel , 2015 00:50
​Türkiyə Vatikandakı səfirini geri çağırıb

Bakı. 13 aprel. REPORT.AZ/ Türkiyə hakimiyyəti məsləhətləşmələr aparmaq üçün Vatikandakı diplomatik nümayəndəsini geri çağırıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Bundan əvvəl rəsmi Ankara Roma papasının qondarma "erməni soyqırımı" ilə bağlı bəyanatına görə Vatikanın Türkiyədəki səfirinə etirazını bildirmişdi.

Pontifik çıxışı zamanı 1915-ci ildə "ermənilərin qətlə yetirilməsini" "XX əsrin ilk soyqırımı" adlandırıb.

Son xəbərlər

Orphus sistemi