Bakı. 8 mart. REPORT.AZ/ Suriyadan atılan top mərmilərinin Türkiyənin bu ölkə ilə sərhədində yerləşən Kilis rayonunun mərkəzi, Kazım Qarabəkir məhəlləsinə düşməsi nəticəsində bir sakin həyatını itirib.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, mərminin ikisi məktəbin yanındakı boş əraziyə düşüb.
Mərmi atılan zaman sakinlər arasında baş verən çaxnaşma nəticəsində bir neçə nəfər yaralanıb.