​Sergey Lavrov: "İranı vurmaq istəyənlər bundan sonra iki dəfə düşünməlidir"

​Sergey Lavrov: "İranı vurmaq istəyənlər bundan sonra iki dəfə düşünməlidir" Rusiya XİN başçısı: "Bununla da danışıqlara İranın daha konstruktiv yanaşmasını stimullaşdırmışıq"
Region
22 Aprel , 2015 17:00
​Sergey Lavrov: İranı vurmaq istəyənlər bundan sonra iki dəfə düşünməlidir

Bakı. 22 aprel. REPORT.AZ/ "Rusiyanın "S-300" zenit-raket kompleksi Tehrana təhvil veriləndən sonra İranı vurmaq istəyənlər iki dəfə düşünməlidir". "Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Sputnik", "Exo Moskva" və "Qovorit Moskva" radiostansiyalarına canlı müsahibəsində deyib.

O, Rusiyanın bu qərarı ilə bağlı ABŞ-ın mövqeyinə təəccübləndiyini bildirib: "İranı vurmaq istəyənlər yəqin bu addımı atmazdan öncə azı iki dəfə fikirləşməli olacaqlar. Bu bizim hüququmuzdur və qanunu pozmamışıq. Bununla da İranın danışıqlara daha konsruktiv yanaşmasını stimullaşdırmışıq. Bu stimullaşdırma öz işini gördü. Məsələnin (İranın nüvə proqramı üzrə danışıqlar prosesi nəzərdə tutulur - S.İ.) siyasi çərçivədə danışıqlar yolu ilə həlli prosesində vacib mərhələyə çatmışıq".

Xatırladaq ki, ABŞ rəsmiləri Rusiyanın "S-300" zenit-raket kompleksləriniı İrana göndərməsi ilə bağlı narazılıqlarını bildiriblər. ABŞ prezidenti Barak Obama deyib ki, əgər İranı vurmaq istəsələr, "S-300" raketləri Tehrana yardım etməyəcək. 

Son xəbərlər

Orphus sistemi