Bakı. 16 aprel. REPORT.AZ/ "Biz silah satışı zamanı həmişə bütün regionlarda, o cümlədən Yaxın Şərqdəki vəziyyəti nəzərə alırıq". "Report" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin "birbaşa xətt" zamanı Rusiyanın İrana "C-300" zenit-raket komplekslərinin idxalına görə İsrailin narahatlıq keçirməsi ilə bağlı məsələni şərh edərkən bildirib.
"Biz bu məsələlərə çox diqqətlə yanaşırıq. İsraili heç bir təhlükə gözləmir, "С-300" sırf müdafiə məqsədi üçün nəzərdə tutulan silahdır. Bundan başqa, biz Yəməndəki vəziyyəti nəzərə alaraq hesab edirik ki, bu cür komplekslərin idxalı gərginliyinin artmamasına xidmət edən amildir", - V.Putin qeyd edib.
O vurğulayıb ki, ABŞ həmçinin bu regionu böyük həcmdə silahla təchiz edir.