Qazaxıstan prezidenti Azərbaycana səfərindən sonra Ermənistana yollanacaq

Qazaxıstan prezidenti Azərbaycana səfərindən sonra Ermənistana yollanacaq Oktyabrın 14-də Yerevanda KTMT-yə üzv dövlətlərin Kollektiv Təhlükəsizlik Şurasının iclası keçiriləcək
Region
11 Oktyabr , 2016 10:30
Qazaxıstan prezidenti Azərbaycana səfərindən sonra Ermənistana yollanacaq

Bakı. 11 oktyabr. REPORT.AZ/ Qazaxıstan prezidenti Nursultan Nazarbayev oktyabrın 13-də Ermənistana rəsmi səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

Oktyabrın 14-də Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin Kollektiv Təhlükəsizlik Şurasının iclası keçiriləcək. İclasda Qazaxıstan prezidenti ilə yanaşı, Ermənistan, Belarus, Qırğızıstan, Rusiya və Tacikistan dövlət başçılarının da iştirakı planlaşdırılır.

Xatırladaq ki, oktyabrın 12-də N.Nazarbayev Azərbaycana rəsmi səfər edəcək.

Son xəbərlər

Orphus sistemi