​Qazaxıstan prezidenti İrana səfərə gedəcək

​Qazaxıstan prezidenti İrana səfərə gedəcək Erlan İdrisov:"Həsən Ruhaninin Qazaxıstana səfəri zamanı iki ölkə arasında "yol xəritəsi" imzalanıb"
Region
13 Aprel , 2015 14:10
​Qazaxıstan prezidenti İrana səfərə gedəcək

Bakı. 13 aprel. REPORT.AZ/ Qazaxıstan prezidenti Nursultan Nazarbayevin bu il İrana səfər etməsi gözlənilir.

"Report" "newskaz"a istinadən xəbər verir ki, bu haqda Qazaxıstanın xarici işlər naziri Erlan İdrisov bildirib.

"İran prezidenti Həsən Ruhaninin Qazaxıstana səfəri zamanı iki ölkə arasında "yol xəritəsi" imzalanıb. Bu məsələ ilə bağlı hökumətlərarası komissiya fəaliyyət göstərir. İşgüzar Şurada iş başlayıb. Biz Qazaxıstan prezidentinin İrana cavab səfərini də müzakirə etmişik", - nazir Qazaxıstan Xarici İşlər Nazirliyində keçirdiyi mətbuat konfransında vurğulayıb.

O, İranın xarici işlər naziri Məhəmmədcavad Zəriflə bir sıra məsələləri müzakirə etdikərini də bildirib. 

Son xəbərlər

Orphus sistemi