Qaribaşvili: "Gürcüstanda verilən diplomlar Avropada tanınacaq"

Qaribaşvili: "Gürcüstanda verilən diplomlar Avropada tanınacaq" Gürcüstanın təhsil sisteminin inkişaf strategiyasında dünyanın aparıcı ölkələrinin təcrübəsi və Aİ tövsiyələri nəzərə alınıb
Region
22 Noyabr , 2014 12:37
Qaribaşvili: Gürcüstanda verilən diplomlar Avropada tanınacaq
Bakı. 22 noyabr. REPORT.AZ/ Gürcüstanda verilən ali məktəb diplomları vahid Avropa təhsil məkanında tanınacaq. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu barədə hökumət başçısı İrakli Qaribaşvili "Təhsil və elm sisteminin əsas strateji istiqamətləri" mövzusunda konfransda bildirib. 

Tədbirdə Gürcüstan təhsil sisteminin uzunmüddətli inkişaf strategiyası təqdim olunub. 

Qaribaşvili bildirib ki, bir müddət əvvəl bağlanmış müqaviləyə əsasən, Gürcüstanda keyfiyyətə nəzarət və qiymətləndirmə sistemi Avropa standartlarına uyğun olacaq. "Gürcüstanda verilən diplomlar və ixtisaslar vahid Avropa təhsil məkanında tanınacaq", - Qaribaşvili qeyd edib. 

Baş nazir vurğulayıb ki, Gürcüstanın təhsil sisteminin inkişaf strategiyasında dünyanın aparıcı ölkələrinin təcrübəsi və Aİ-nin tövsiyələri nəzərə alınıb.

Son xəbərlər

Orphus sistemi