​Qadın paltarı geyinərək partlayışlar törədən PKK terrorçusu tutulub

​Qadın paltarı geyinərək partlayışlar törədən PKK terrorçusu tutulub Onunla birlikdə İğdırın Karaqoyun rayonunun Yazlık kəndinin icra nümayndəsi də həbs edilib
Region
19 Yanvar , 2016 16:34
​Qadın paltarı geyinərək partlayışlar törədən PKK terrorçusu tutulub

Bakı. 19 yanvar. REPORT.AZ/ Türkiyədə qadın paltarı geyinərək, bomba ilə hücumlar törətmiş PKK terrorçusu Yakup Padir tutulub.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, İğdır əyalətinin Aralık rayonunda 13 polis əməkdaşının şəhid olması ilə nəticələnən terror aktında iştirak edib. 40 yaşlı Yakup Padir ilə birlikdə İğdırın Karaqoyun rayonunun Yazlık kəndinin icra nümayəndəsi 50 yaşlı Musa Padak da həbs edilib.

Y.Padir başqa terrorçularla birlikdə qadın paltarı geyinərək partlayışlar törədib.

Aralık rayonunda törədilən terrorla bağlı daha iki PKK silahlısı tutulub. 

Son xəbərlər

Orphus sistemi