Putinin keçmiş müşaviri vəfat edib

Putinin keçmiş müşaviri vəfat edib Rusiya prezidenti keçmiş müşavirinin ailəsinə başsağlığı verib
Region
7 Noyabr , 2015 12:44
Putinin keçmiş müşaviri vəfat edib

Bakı. 7 noyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putinin keçmiş müşaviri Mixail Lesin 57 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu haqda xarici KİV məlumat yayıb.

Vladimir Putin keçmiş müşavirinin ailəsinə başsağlığı verib.

Qeyd edək ki, Mixail Yuriyeviç Lesin 1958-ci il iyulun 11-də Moskvada anadan olub.

O, 1999-2004-cü illərdə mətbuat, teleradio və KİV-lə əlaqələr üzrə nazir, 2004-2009-cu illərdə Rusiya prezidentinin müşaviri, 2013-cü ilin oktyabrından 2014-cü ilin dekabrınadək "Qazprom-Media Holdinq"in İdarə Heyətinin sədri, baş direktoru işləyib.

Son xəbərlər

Orphus sistemi