Məkkədə “Qədr gecəsi” zamanı izdiham yaranıb, 18 nəfər xəsarət alıb

Məkkədə “Qədr gecəsi” zamanı izdiham yaranıb, 18 nəfər xəsarət alıb Hamid əl-Maliki: "Kəbə ətrafında insanlar boğulmaq təhlükəsi ilə üzləşib"
Region
2 İyul , 2016 09:48
Məkkədə “Qədr gecəsi” zamanı izdiham yaranıb, 18 nəfər xəsarət alıb

Bakı. 2 iyul. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Məkkə şəhərində “Qədr gecəsi” zamanı izdiham yaranması nəticəsində 18 nəfər xəsarət alıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Məkkə Səhiyyə Təşkilatının sözçüsü Hamid əl-Maliki bildirib.

Onun sözlərinə görə, “Qədr gecəsi”ndə müsəlmanların sayının çox olması səbəbindən Kəbə ətrafındakı “Dar Tevhid” hoteli yaxınlarında insanlar boğulmaq təhlükəsi ilə üzləşib: “Həkimlər 18 nəfərə tibbi yardım göstəriblər və onların səhhəti yaxşıdır”. 

Son xəbərlər

Orphus sistemi