Rusiyada atışmada 2 erməni öldürülüb, 3-ü yaralanıb

Rusiyada atışmada 2 erməni öldürülüb, 3-ü yaralanıb Polis hadisənin başvermə səbəblərini araşdırır və cinayətkarları axtarır
Region
3 Fevral , 2016 10:32
Rusiyada atışmada 2 erməni öldürülüb, 3-ü yaralanıb

Bakı. 3 fevral. REPORT.AZ/ Rusiyanın Leninqrad vilayətinin Şlisselburq rayonunda avto-servisdə baş verən atışma nəticəsində 2 erməni öldürülüb, 3-ü yaralanıb.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Şahidlərin sözlərinə görə, qara rəngli "Mercedes"dən düşən qafqazlılara oxşar 5 nəfər avto-servisdə olanları qəfildən odlu silahdan atəşə tutublar: "Avto-servisdəkilər də silahlı idilər".

Məlumata görə, öldürülən 1956-cı il təvəllüdlü Qrayr Vardanyan və 1971-ci ildə anadan olan Armen Xurşudyanın biznes fəaliyyəti ilə məşğul olurmuşlar. 

Polis hadisənin başvermə səbəblərini araşdırır və cinayətkarları axtarır. Yaralıların hamısı polisin nəzarət altında müalicə olunur.

Son xəbərlər

Orphus sistemi