​Koalisiya hökumətinin yaradılması ilə bağlı AKP və CHP arasında ilkin danışıqlar başa çatıb

​Koalisiya hökumətinin yaradılması ilə bağlı AKP və CHP arasında ilkin danışıqlar başa çatıb Tərəflərin razılığa gəldiyi məqamlar var, lakin "bəzi məsələlər üzrə ciddi və köklü fikir ayrılıqları hələ mövcüddur"
Region
4 Avqust , 2015 12:16
​Koalisiya hökumətinin yaradılması ilə bağlı AKP və CHP arasında ilkin danışıqlar başa çatıb

Bakı. 4 avqust. REPORT.AZ/ İki böyük parlament partiyası koalisiya hökumətinin yaradılması ilə bağlı ilkin danışıqları başa çatdırıb. Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

İndiki mərhələdə "Ədalət və İnkişaf Partiyası" (AKP) və "Cümhuriyyət Xalq Partiyası" (CHP) nümayəndələri partiya rəhbərləri üçün hesabat hazırlamalıdırlar.

"Biz qarşılıqlı anlaşma və hörmət əsasında iki partiya arasında qiymətləndirilmə işlərini apardıq. Biz nəticələri partiya sədrlərinə təqdim edəcəyik", - AKP nümayəndə heyətinin rəhbəri Ömər Çelik bildirib.

Öz növbəsində, onun həmkarı, CHP nümayəndə heyətinin başçısı Haluk Koç qeyd edib ki, tərəflərin razılığa gəldiyi məqamlar var, lakin "bəzi məsələlər üzrə ciddi və köklü fikir ayrılıqları hələ mövcüddur".

"Atılacaq növbəti addım hakim partiya və hökumətin təşkili həvalə olunan baş nazir Əhməd Davudoğlunun qəbul edəcəyi qərardan asılı olacaq", - o deyib.

Qeyd olunur ki, partiya nümayəndələrinin ilkin danışıqları yeddi saat davam edib.  

Son xəbərlər

Orphus sistemi