Özbəkistan prezidentinin dəfn mərasimində 17 dövlətin nümayəndəsi iştirak edir

Özbəkistan prezidentinin dəfn mərasimində 17 dövlətin nümayəndəsi iştirak edir Əfqanıstan, Türkmənistan, Tacikistan prezidentləri Səmərqənd şəhərindədirlər
Region
3 Sentyabr , 2016 10:50
Özbəkistan prezidentinin dəfn mərasimində 17 dövlətin nümayəndəsi iştirak edir

Bakı. 3 sentyabr. REPORT.AZ/ Özbəkistan prezidenti İslam Kərimovun dəfn mərasimində 17 dövlətin nüməyəndəsi iştirak edəcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, mərasim Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.

Əfqanıstan, Türkmənistan, Tacikistan prezidentləri, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğız Respublikasının baş nazirləri, Çin, Cənubi Koreya və Ukrayna baş nazirlərinin müavinləri İslam Kərimovun dəfn olunacağı Səmərqənd şəhərindədirlər. Rusiyanı isə baş nazir  Dmitriy Medvedev təmsil edir. 

Son xəbərlər

Orphus sistemi