​İranda deputatlığa namizədliyə iddiaçıların qeydiyyatı başlayıb

​İranda deputatlığa namizədliyə iddiaçıların qeydiyyatı başlayıb Dini Ekspertlər Şurası və Məclisə seçkilər eyni gündə keçiriləcək
Region
19 Dekabr , 2015 11:43
​İranda deputatlığa namizədliyə iddiaçıların qeydiyyatı başlayıb

Bakı. 19 dekabr. REPORT.AZ/ 10-cu çağırış İran parlamentinə deputatlığa namizədliyə iddiaçıların qeydiyyata alınması mərhələsi başlayıb.

"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

Deputatlığa namizədliyə iddiaçıların yoxlamadan keçməsi 10 gün davam edəcək. Onların yoxlamasını İranın əsas rəhbər orqanlarından biri - Nəzarət Şurası həyata keçirir.

Deputatlığa namizədlərin yekun siyahısı fevralın 16-da elan ediləcək. 290 nəfərlik parlamentə seçkilər fevralın 26-da keçiriləcək.

Qeyd edək ki, İranın Dini Ekspertlər Şurasına (Xübreqan Məclisi) 5-ci çağırış seçkilərdə iştirak edəcək namizədlərin irəli sürülməsi də başlayıb.

Şura və parlament seçkiləri 2016-cı il fevralın 26-da keçiriləcək.

Xatırladaq ki, Dini Ekspertlər Şurası İranın ali rəhbərini (indi bu vəzifəni ayətullah Seyid Əli Xamənei tutur) seçir. Şuranın 86 üzvü ümumxalq səsverməsi yolu ilə seçilir. 

Son xəbərlər

Orphus sistemi