Gürcüstan və Türkmənistan prezidentləri nəqliyyat layihələrinin həyata keçirilməsini müzakirə edəcəklər

Gürcüstan və Türkmənistan prezidentləri nəqliyyat layihələrinin həyata keçirilməsini müzakirə edəcəklər Gürcüstan prezidenti Aşqabada rəsmi səfər edib
Region
15 Dekabr , 2014 09:57
Gürcüstan və Türkmənistan prezidentləri nəqliyyat layihələrinin həyata keçirilməsini müzakirə edəcəklər
Bakı. 15 dekabr. REPORT.AZ/ Gürcüstan prezidenti  Georgi Marqelaşvili rəsmi səfərlə Türkmənistanın paytaxtına gəlib. "Report" "Turkmenistan.ru"ya istinadən xəbər verir ki, Aşqabadda Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov və Gürcüstan prezidenti  Georgi Marqelaşvili  arasında danışıqlar baş tutacaq.

Dövlətlərarası əməkdaşlığın əsas istiqamətləri ilə yanaşı ali səviyyədə görüşün gündəliyinə qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional siyasətin bir sıra aktual məsələləri daxil edilib.  Prezidentlərin nəqliyyat sektorunda irimiqyaslı infrastruktur layihələrin, o cümlədən Avropa-Qafqaz-Asiya (TRASEKA) nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi, Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə tranzit-nəqliyyat dəhlizinin yaradılmasının müzakirəsi nəzərdə tutulub. 

Aşqabad danışıqlarının yekunlarına görə ikitərəfli sənədlər paketinin imzalanması gözlənilir. 

Son xəbərlər

Orphus sistemi