Bakı. 13 Avqust. REPORT.AZ/ Gürcüstanda Tbilisi yaxınlığında NATO-nun təlim mərkəzinin bir hissəsi olacaq yeni tank poliqonu istifadəyə verilib.
"Report" RBK-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan
"Gürcüstan Ordusunun döyüş maşını heyətləri yeni poliqonda öz ustalıqlarını nümayiş etdiriblər", - deyə məlumatda bildirilib.
Qeyd olunur ki, tankodrom 2008-ci il müharibəsində həlak olan kapral Roman Uqrexelidzenin adını daşıyacaq. O, IV piyada briqadasının 44-cü tank batalyonunun ikinci tank bölüyündə sürücü-mexanik kimi xidmət çəkib.