​Ermənistanın baş naziri Gürcüstanda qeyri-rəsmi səfərdə olub

​Ermənistanın baş naziri Gürcüstanda qeyri-rəsmi səfərdə olub Hökumət başçıları "təkbətək" görüş keçiriblər
Region
18 May , 2015 13:06
​Ermənistanın baş naziri Gürcüstanda qeyri-rəsmi səfərdə olub

Bakı. 18 may. REPORT.AZ/ Ermənistanın baş naziri Ovik Abramyan Gürcüstana qeyri-rəsmi səfər edib. "Report" xəbər verir ki, bu haqda Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Xəbərə görə, Gürcüstanın baş naziri İrakli Qaribaşvili erməni həmkarı ilə Acarıstan Muxtar Respubilkasının paytaxtı Batumidə görüşüb. Məlumatda bildirilib ki, hökumət başçıları ikitərəfli münasibətlərin inkişafından danışıblar: "Təkbətək görüşdə baş nazirlər iki ölkə arasında dostluq və xoşməramlı qonşuluq münasibətlərini, eləcə də iqtisadi əməkdaşlığın dərinləşməsinin perspektivlərini müzakirə ediblər".

Qeyd edək ki, bu il mayın əvvəlində Ermənistan parlamentinin sədri Qalust Saakyan tanınmamış "Cənubi Osetiya Respublikası" "parlamentinin sədri" Anatoli Bibilovu Yeravanda qəbul etmişdi. Rəsmi Tbilis Yerevnanın bu hərəkətini sərt qarşılamışdı. Həmin dövrdə Gürcüstanın baş naziri İrakli Qaribaşvili Ermənistan hökumətinin başçısı ilə telefonla danışığında bu hadisəni kəskin tənqdi etmiş, belə halların ikitərəfli münasibətlərə ziyan vura biləcəyini söyləmişdi. 

Son xəbərlər

Orphus sistemi