​Ermənistanda silahlı qruplaşmanın yaralı üzvü həbs olunub

​Ermənistanda silahlı qruplaşmanın yaralı üzvü həbs olunub Armen Lambaryan xəstəxanadan xərəkdə məhkəməyə gətirilib
Region
6 Avqust , 2016 21:45
​Ermənistanda silahlı qruplaşmanın yaralı üzvü həbs olunub

Bakı. 6 avqust. REPORT.AZ/ İrəvanın ın Arabkir və Kanaker inzibati rayonlarının ümumi yurisdiksiya məhkəməsi iyulun 17-də Ermənistan paytaxtında İrəvanda polis post-patrul xidməti alayının binasını ələ keçirən "Sasna srer" qrupunun üzvü Armen Lambaryan barəsində həbs qətimkan tədbiri seçib.

"Report" "news.am"a istinadən xəbər verir ki, yaralı Armen Lambaryan "Erebuni" xəstəxanasından xərəkdə məhkəmyə aparılıb.

O, məhkəmədən məhkumlar üçün xəstəxanaya göndərilib. Lambaryanın vəkilinin sözlərinə görə, məhkəmə onun girov müqabilində azadlığa buraxılması barədə vəsatətini rədd edib.

Armen Lambaryana qarşı Cinayət Məcəlləsinin 235-ci (Mütəşəkkil qrup tərəfindən qanunsuz olaraq silah, döyüş sursatı, partlayıcı maddə və ya partlayıcı qurğunun əldə olunması, satılması, saxlanılması, daşınması və ya gəzdirilməsi) və 219-cu (Mütəşəkkil qrup tərəfindən bina, tikili, nəqliyyat vasitəsi və s. ələ keçirilməsi) maddələri üzrə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi