Ermənistanda Rusiya FTX kapitanının maşını aşıb: bir ölü, bir yaralı

Ermənistanda Rusiya FTX kapitanının maşını aşıb: bir ölü, bir yaralı Hadisə ilə bağlı cinayət işi açılıb
Region
26 Avqust , 2016 16:41
Ermənistanda Rusiya FTX kapitanının maşını aşıb: bir ölü, bir yaralı

Bakı. 26 avqust. REPORT.AZ/ Ermənistanda Rusiya Federal Təhlükəsiz Xidməti (FTX) Sərhəd İdarəsinin kapitanı Alkesandr Svitkonun idarə etdiyi "Mitsubishi Pajero" markalı maşının aşması nəticəsində bir nəfər ölüb, sürücü isə yaralanıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə Arteni-Getap avtomobil yolunda qeydə alınıb.

İnfromasiyaya əsasən, avtomobilin yarğana yuvarlanması nəticəsində Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsinin müddətli hərbçisi Artak Petrosyan ölüb. Sürücü - kapitan Aleksandr Svito isə huşsuz halda xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı cinayət işi açılıb. 

Son xəbərlər

Orphus sistemi