Ərdoğan: "Suriya ilə sərhədi olmayan Rusiyanın bu ölkədə nə işi var?"

Ərdoğan: "Suriya ilə sərhədi olmayan Rusiyanın bu ölkədə nə işi var?" Türkiyə prezidenti Rusiyanın Suriya siyasətini tənqid edib
Region
10 Dekabr , 2015 21:46
Ərdoğan: Suriya ilə sərhədi olmayan Rusiyanın bu ölkədə nə işi var?

Bakı. 10 dekabr. REPORT.AZ/ Ankarada səfərdə olan Bosniya və Herseqovina nümayəndə heyətini qəbul edən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan danışıqlardan sonra keçirilən mətbuat konfransında Rusiyanın Suriya siyasətini tənqid edib.

"Report"un "Milliyet" qəzetinə istinadən verdiyi xəbərə görə, regiondaki gərgin vəziyyətə diqqət çəkən R.T. Ərdoğan bildirib ki, Türkiyə ABŞ və digər ölkələrlə birgə terrorizmlə mübarizə aparır.

"Türkiyənin Suriya ilə 911 kilometr, İraqla isə 390 kilometr sərhədi var. Bəs Rusiya Federasiyasının bu ölkələrlə sərhədi var mı? Xeyir. Suriya ilə sərhədi olmayan Rusiyanın bu ölkədə nə işi var?", - deyə Ərdoğan vurğulayıb. 

Türkiyə prezidenti, həmçinin, bildirib ki, türk hərbi kontingentinin Şimali İraqdan çıxarılması məsələsi müzakirə predmeti deyil.

Son xəbərlər

Orphus sistemi