Asiya İnkişaf Bankının prezidenti: Cənubi Qafqazda regional əməkdaşlığı dəstəkləyirik

Asiya İnkişaf Bankının prezidenti: Cənubi Qafqazda regional əməkdaşlığı dəstəkləyirik Asiya İnkişaf Bankı (ADB) Gürcüstanın Cənubi Qafqazın regional mərkəzi kimi inkişafını dəstəkləyir.
Region
4 May , 2024 10:18
Asiya İnkişaf Bankının prezidenti: Cənubi Qafqazda regional əməkdaşlığı dəstəkləyirik

Asiya İnkişaf Bankı (ADB) Gürcüstanın Cənubi Qafqazın regional mərkəzi kimi inkişafını dəstəkləyir.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə bankın prezidenti Masatsuqu Asakava bildirib.

O, Gürcüstanın Qərblə Şərq arasında unikal mövqeyə malik olduğunu, qonşu dövlətlərlə, Orta Dəhliz də daxil olmaqla əlaqələrin ölkə üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

“Bizim tərəfdaşlıq strategiyamız Gürcüstanın Milli İnkişaf Strategiyasının üç əsas prioritetini – iqtisadi inkişaf, sosial siyasət və insan kapitalının inkişafı dəstəkləyir. Gürcüstanın yerləşdiyi yeri nəzərə alaraq, biz regional əməkdaşlığı dəstəkləyirik”, - deyə Akasava bildirib.

Son xəbərlər

Orphus sistemi