​Ərdoğan: "Putinə göndərdiyim məktub, əminəm ki, hər iki ölkənin xeyrinə olacaq"

​Ərdoğan: "Putinə göndərdiyim məktub, əminəm ki, hər iki ölkənin xeyrinə olacaq" "Türkiyə bu addımı Rusiya ilə münasibətlərdə mənfi halı aradan qaldımaq üçün atıb"
Region
28 İyun , 2016 08:14
​Ərdoğan: Putinə göndərdiyim məktub, əminəm ki, hər iki ölkənin xeyrinə olacaq

Bakı. 28 iyun. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, rusiyalı həmkarı Vladimir Putinə yazdığı məktubda "Su-24" təyyarəsinin vurulması ilə bağlı insidentə görə təəssüf hissi keçirdiyini ifadə edib.

"Report" xəbər verir ki, prezident bunu Ankarada çıxışı zamanı deyib.

"Bizim Rusiya ilə münasibətlərimizdə təyyarəyə görə böhran baş verdi. Biz münasibətlərdəki bu mənfi halın aradan qaldırılması üçün addım atdıq. Mənim Rusiya ilə münasibətlərin inkişafını bərpa etmək üçün göndərdiyim bu məktub, əminəm ki, ölkələrimizin xeyrinə olacaq", - deyə o əlavə edib.

Ərdoğan qeyd edib ki, o, göndərdiyi məktubda təyyarə insidenti ilə bağlı baş verənlərə görə şəxsən Putinə təəssüfünü bildirib.

"Mən, həmçinin geniş məsələlər spektri üzrə regional əməkdaşlıq üçün imkanlarımızı xatırlatdım. İnanıram ki, biz hər iki ölkəyə ziyan vuran hazırkı vəziyyətdən təcili şəkildə yaxa qurtararaq, münasibətlərimizi tez bir zamanda normallaşdıra biləcəyik", - deyə Türkiyə prezidenti söyləyib.

Son xəbərlər

Orphus sistemi