Əli Hüseynli: "Müstəqillik dövründə Azərbaycanda Böyük Vətən müharibəsinin tarixini yenidən yazmağa cəhd edilməyib"

Əli Hüseynli: "Müstəqillik dövründə Azərbaycanda Böyük Vətən müharibəsinin tarixini yenidən yazmağa cəhd edilməyib" "Bu gün bütün dünya, Avropa, Azərbaycan xalqı bu faciəni xatırlayır"
Region
23 Aprel , 2016 14:58
Əli Hüseynli: Müstəqillik dövründə Azərbaycanda Böyük Vətən müharibəsinin tarixini yenidən yazmağa cəhd edilməyib

Bakı. 23 aprel. REPORT.AZ/ "Siyasi sistemin dəyişməsi II Dünya müharibəsinin tarixini yenidən yazmaq üçün əsas vermir".

"Report" xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Əli Hüseynli Bakıda yerləşən Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Böyük Vətən müharibəsi (BVM) mövzusunda test müsahibəsinin keçirilməsi ilə əlaqədar çıxışı zamanı deyib.

"MDB-nin bəzi ölkələrində və Şərqi Avropa ölkələrində tarixi yenidən yazmaq cəhdləri olub. Amma müstəqillik dövründə Azərbaycanda BVM-in tarixini yenidən yazmağa heç vaxt cəhd edilməyib", - deyə Ə.Hüseynli bildirib.

Onun sözlərinə görə, bu gün bütün dünya, Avropa, Azərbaycan xalqı bu faciəni xatırlayır. Ə.Hüseynli vurğulayıb ki, hər il ölkədə 9 may - Qələbə günü bayram kimi qeyd olunur.

Öz növbəsində, "Rossotrudniçestvo"nun rəhbəri Valentin Denisov 9 mayın bayram günü kimi qeyd edilməsinin rusiyalılarla azərbaycanlıların birgə tarixi ənənəsi olduğunu vurğulayıb. "Biz indi müxtəlif ölkələrdə yaşayırıq, lakin müharibənin təsirinin yan keçdiyi nə bir azərbaycanlı, nə də bir rus ailəsi var", - deyə o əlavə edib.

Azərbaycanın Rusiyadakı səfirinin müavini Qudsi Osmanov qeyd edib ki, insanlar öz keçmişlərini bilməsələr, heç vaxt gələcəyini qura bilməz.

"Böyük Vətən müharibəsi bizi birləşdirən ümumi tariximizdir. Heç kimə tarixə yenidən yazmağa, ortaq qələbəmizi oğurlamağa imkan verməyəcəyik", - deyə Q.Osmanov bildirib.

Son xəbərlər

Orphus sistemi